Slavyanskda xarici müşahidəçiləri girov götürüblər

Sizin brauzer HTML5-i dəstəkləmir

Özünü Donbasın özünümüdafiə dəstəsi adlandıran yaraqlı qruplaşma aprelin 25-də Slavyanskda girov götürülən xaricilərin casus olduğunu deyirlər. Xarici jurnalsitlərlə danışan yaraqlılardan biri bildirir ki, istintaq aparılır, casusluq ittihamı təsdiqlənsə "yuxarılar" qərara verəcəklər ki, nə etməli. Ukrayna rəsmilərinə əsasən, girov götürülən əcnəbilər ATƏT-in müşahidəçiləridir, iddia olunur ki, separatçılar onları özlərini hücumdan qotumaq üçün saxlayırlar.