Kerry-nin Rusiyaya mesajı: "İmkan verin, Ukrayna səs versin"

Kerry və Lavrov

ABŞ Dövlət katibi John Kerry Rusiyaya xəbərdarlıq edir ki, Ukraynada mayın 25-də prezident seçkilərinin keçirilməsinə mane olmasın, əks halda Rusiya yeni iqtisadi sanksiyalarla üzləşəcək.

Mayın 15-də Londonda Avropa Birliyi nazirləri ilə görüşdən sonra Kerry deyib ki, onun Rusiyaya mesajı belədir: “İmkan verin, Ukrayna səs versin”.

Kerry bildirir ki, Avropa Birliyi nazirləri Rusiyaya qarşı sektorlar üzrə sanskiyalara razılaşırlar. Kerry deyib ki, iqtisadiyyatın belə sektorları qaz və mədən sənayesi sektorlarıdır.