Donetskdə döyüşlər gedir


İyunun 3-də Ukraynada Donetsk vilayətinin Kramatorsk rayonunun aerodromunda döyüş gedir. Artilleriya mərmilərinin və pulemyot atəşlərinin səsi eşidilir. Bu haqda yerli sakinlər məlumat verir.

İTAR-TASS bildirir ki, döyüşlər şəhər kənarında, Yasnoqorka qəsəbəsində də aparılır. Bundan əvvəl toqquşmalarda 3 nəfərin həlak olduğu bildirilirdi.

Qonşu Slavyanskda da döyüşlərin davam etdiyi deyilir. İyunun 2-də Luqansk rayonunda vilayət administrasiyasının binasında baş verən partlayışda 7 adam ölüb.


UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ