ATƏT PA-da təhlükəsizliklə bağlı layihə müzakirə olunur

ATƏT PA-nın 23-cü sessiyası çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri üzrə komitədə təhlükəsizliklə bağlı müzakirələr davam edib. Müzakirələr zamanı sənədin 14-cü bəndinə Ukraynadakı proseslərlə bağlı məsələ salınıb.

Düzəlişdə Rusiya Federasiyasının Ukrayna sərhədləri böyük hərbi hərəkətləri narahatlıq doğurduğu və Rusiyanın dialoqdan imtina etdiyi qeyd edilir.

Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutsky Ukrayna, Gürcüstan, ABŞ və Niderland nümayəndələrinin təklif etdiyi düzəlişə etiraz edib və layihədən çıxarılmasını istəyib.

«Rusiya ilə bağlı deyilənlər əsassızdır. Mən istəyirəm sənəddən Rusiya ilə bağlı bənd çıxarılsın».

Rusiya nümayəndəsinin etirazlarına baxmayaraq bir neçə deputat istisna olmaqla qalan deputatlar 14-cü düzəlişin lehinə səs veriblər.

Ermənistan nümayəndəsi bütün münaqişələrə eyni yanaşmanı ilə bağlı 32-ci düzəlişə etiraz edib.

O hər münaqişəyə ayrıca yanaşma nümayiş etdirilməsini istəyib. Amma bu təklif də qəbul edilməyib.

Gürcüstan nümayəndəsinin təklif etdiyi 35-ci düzəliş isə qəbul edilib. Gürcüstan , İsveç və Niderland nümayəndələrin təklif etdiyi düzəlişdə deyilir ki, Rusiya 2008-ci ilin avqustunda bağlan müqaviləyə uyğun olaraq beynəlxalq prinsiplərə əməl etməlidir.

Müzakirələr 14:30-da sonra davam etdiriləcək.