Qrad atəşində 30-a yaxın Ukrayna əsgəri həlak olub

Ukraynanın daxili işlər naziri Arsen Avakovun müşaviri deyib ki, rusiyapərəst yaraqlıların raket hücumunda 30 nəfərə qədər əsgər ölüb.

Zoryan Shkyak Reutersə bildirib ki, yaraqlılar Qraddan atəş açıblar və həlak olanların sayının artacağı istisna olunmur.

Bundan əvvəl hökumət qoşunlarının hücumları yenidən başlanmışdı. Müdafiə nazirliyinin sözçüsü Seleznyov bildirib ki, son bir neçə gündə 50 yaraqlı öldürülüb.

Ordu isə bildirir ki, onun Donetsk yaraqlıları üçün gözlənilməz planı var.