"Əliyevlə Sargsyan-ın görüşü gözlənilir"

Rusiya prezidenti Dmitry Medvedev-in (ortada) vasitəçiliyi ilə İlham Əliyevlə Serzh Sargsyan-ın görüşü, Soçi, 23 yanvar, 2012

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serzh Sargsyan-ın görüşü gözlənilir.

Ermənistanın baş naziri Ovik Abramian bildirib ki, avqustun 8-9-da Soçidə prezidentlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparacaqlar.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti "İnterfax" agentliyinə istinadla xəbər yayıb.

"Ümid edirik ki, görüşdə vacib razılaşmalar əldə olunacaq" - deyə baş nazir bildirib.

Son günlər qoşunların təmas xəttində hər iki tərəfdən itkilərlə müşayiət edilən toqquşmalar baş verib.