«Karvan» UEFA kubokunda ikinci mərhələyə adladı

Dünən axşam futbol üzrə UEFA kuboku uğrunda təsnifat oyunlarının cavab qarşılaşmaları keçirilib. Yevlaxın «Karvan» klubu Slovakiyada «Spartak» komandasına 1:0 hesabı ilə qalib gəlib. Hesab 12-ci dəqiqədə açılıb. Qolun müəllifi isə Süleyman Kamara olub. İlk oyunda da «Karvan» «Spartak»a eyni hesabla qalib gəlmişdi. Bununla da «Karvan» UEFA kuboku uğrunda ilk təsnifat mərhələsini uğurla adlayıb.


«Karvan» ikinci seçmə mərhələnin ilk oyununu avqustun 10-da, cavab qarşılaşmasını isə avqustun 24-də keçirəcək.


UEFA kuboku uğrunda mübarizə aparan Ağdamın «Qarabağ» komandası isə ilk mərhələni keçə bilməyib. Moldovada «Zimbru» klubu ilə 1:1 hesabı ilə oynayan «Qarabağ» Bakıda keçirilən cavab qarşılaşmasında 1:2 hesabı ilə məğlub olub.