Nazirlər Kabinetində ilin birinci yarısına olan iqtisadi nəticələr müzakirə edilib

İyulun 31-də Nazirlər Kabinetinin geniş yığıncağını keçirən prezident İlham Əliyev ilin birinci yarısına olan əsas iqtisadi nəticələri müzakirə edib. Dövlət başçısı bildirib ki, bu ilin ilk altı ayında ölkə iqtisadiyyatına 3 milyard dollara yaxın investisiya qoyulub. Ölkənin valyuta ehtiyatları da 3 milyard dollara çatıb. 6 ayda 90 min iş yeri açılıb. Cənab Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini ilin ilk yarısının «əsas iqtisadi hadisəsi» adlandırıb. O, həmçinin hökumət üzvlərini inflyasiyanın qarşısını almaq üçün tədbirlər görməyə və kommunal xidmətlərə görə ödənişləri təmin etməyə çağırıb.