Son beş ildə 48 nəfər mina qurbanı olub

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu ilin iyul ayında 4037 mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Həmin müddətdə mexaniki üsulla 261,500 kvadrat metr ərazi bu cür silahlardan təmizlənib.


İyul ayı ərzində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsində mina partlayışı nəticəsində N saylı hərbi hissənin əsgəri ayağını itirib.


2001-ci ilin sentyabrından bəri mina partlamasından 48 nəfər həlak olub, 109 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.