NATO-nun baş katibi Kiyevə səfər edir

NATO-nun baş katibi Anders Rasmussen avqustun 7-də Kiyevə səfər edir. Bunu Ukraynanın xarici işlər nazirliyi bildirir.

Səfər zamanı Ukrayna prezidenti Poroshenko və Rasmussen NATO-Ukrayna əməkdaşlığını müzakirə edəcək.

Avqustun 6-da Rasmussen deyib ki, Ukrayna sərhəddinə Rusiya 20 minədək qoşun yığıb.

NATO hesab edir ki, humanitar yardım və ya sülhü mühafizə bəhanəsi ilə Rusiya Ukraynaya qoşun yeridə bilər.

Avqustun 6-da Polşanın baş naziri Tusk da deyib ki,

Onda olan məlumata görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalı son günlərdə artıb.