Ötən gecə atəşkəs 128 dəfə pozulub

Arxiv foto

Ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 128 dəfə pozulub. Azərbaycan Müdafiə Nazirliyi avqustun 7-də yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, avqustun 6 və 7-si gecə Ermənistan silahli bölmələri Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutublar.

Məlumatda Qazax rayonunun sərhədboyu kəndləri, Ağdam, Tərtər, Füzuli, Goranboy və Xocavənd rayonunun ayrı-ayrı təmas xəttinə yaxın kəndlərinin də sutka arzində atəşə tutulduğu bildirilir.