Türkiyədə Kobaniyə yardım tələb edən kürdlərlə polis toqquşdu

Türkiyənin Suriya ilə sərhəddində kütləvi etirazlara qalxan kürdləri Türkiyə polisi su şırnaqları ilə dağıdır

Türkiyədə kürdlər hökumətin Suriyanın sərhəd Kobani şəhərinə yetərincə dəstək göstərmədiyini deyərək etiraza qalxıblar. İstanbul, Diyarbəkir, Ankara, Mersin və Adanada iğtişaşlarda azı 9 nəfərin ölməsi, onlarla adamın yaralanması barədə məlumatlar gəlir.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Mardində fövqəladə vəziyyət elan olunub.

ABŞ koalisiyası Kobaniyə İslam Dövləti (İD) yaraqlılarının hücumunu dəf etməyə çalışır. Ancaq Türkiyə prezidenti Recep Tayyip Erdogan deyib ki, Kobani “süqut edə bilər”.

Suriyalıların qaçqın düşərgəsinə gələn Erdogan deyib ki, “biz quru əməliyyatına başlamasaq... terror bitməyəcək”.