Kobanidə İD yaraqlılarına 18 hava zərbəsi endirilib

ABŞ-ın başçılıq etdiyi koalisiya Kobani şəhəri ətrafında İslam Dövləti yaraqlılarının mövqelərinə oktyabrın 14-15-də 18 hava zərbəsi endirib.

İraqda isə İD yaraqlılarına 5 hava zərbəsi endirilib.

Kobanidə İD yaraqlıları ilə vuruşan kürdlər isə öz müdafiələrini ABŞ-ın hava zərbələri ilə əlaqələndirməyə başlayıblar.

Son bir həftədə İD yaraqlıları birbaşa hava zərbələri ilə azı 32 nəfər itki verib.

Kürd silahlıarı bildirirlər ki, onlar şəhərin qərb hissəsində bəzi yerləri tutublar.