Apple rəhbəri: «Gey olmağımı Allahın ən böyük hədiyyəsi sayıram»

Tim Cook

-

Apple şirkətinin baş icracı direktoru Tim Cook Bloomberg Businessweek-ə verdiyi açıqlamada gay olduğunu bildirib.

"İndiyədək mən cinsi oriyentasiyam haqda heç nə danışmamışdım. İndi isə demək istəyirəm ki, mən gay olmağımla fəxr edirəm və bunu Allahı ən böyük hədiyyəsi sayıram"

Tim Cook deyir ki, Apple şirkətinin çox işçisi onun cinsi azlıq olduğunu bilir.

Apple rəhbəri özünü gay aktivisti hesab etmir. Tim Cook-un sözlərinə görə, o belə cəsarətli addımla öz kimliyini gizlətmək istəməyənlərə nümunə olduğunu göstərir.

2011-ci ildə ABŞ-da dərc olunan Out Magazine jurnalı Tim Cook-u ABŞ-ın ən nüfuzlu gay-ı olduğunu yazmışdı.

2014-cü ilin iyununda şirkət rəhbərliyi öz işçiləriylə birlikdə gay-paradda iştirak edib.

Tim Cook Steve Jobs vəfat etdikdən sonra şirkətin baş icraçı direktoru seçilib.