Binə aksiyası: «...yarısını döydülər, yarısını apardılar»

Sizin brauzer HTML5-i dəstəkləmir

Noyabrın 8-də Bakının Binə qəsəbəsində sakinlər etiraz aksiyası keçirib. Səhər saatlarında qəsəbənin «Sovxoz ərazisi» adlanan yaşayış massivində sakinlər yolu bağlayıb. Səbəb yolların bərbad vəziyyətə düşməsi və icra orqanlarının buna laqeydliyi olub. Aksiya polisin kobud müdaxiləsi ilə dağıdılıb.