Avropa Birliyi Xədicə İsmayılovanın həbsini pisləyən bəyanat yayıb

Federica Mogherini

Avropa Birliyi Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsini pisləyən bəyanat yayıb.

Federica Mogherininin yaydığı bəyanatda jurnalistin ötən cümə günü hakimiyyət tərəfindən həbs edilməsi və özünüöldürmə həddinə çatdırma ittihamı ilə məhkəməyədək həbsdə saxlanmasının

ifadə azadlığına qarşı bir addım olduğu bildirilir.

Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT və Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü beynəlxalq öhtəliklərə əməl etməli, mətbuat azadlığına təminat verməlidir.

Bəyanatda qeyd edilir ki, Avropa Birliyi jurnalistin ətrafında baş verən hadisələri diqqətlə izləyəcək.