ABŞ-da müsəlman ailəsi qətlə yetirilib

ABŞ-ın Şimali Karolina Universiteti yaxınlığında bir müsəlman ailəsinin 3 üzvü qətlə yetirilib:

Hər üçü tələbədir: Deah Barakat (23 yaşında), Yusor Abu-Salha (21) və Razan Abu-Salha (19).

Polis cinayətin irqi zəmində törədilməsini istisna edir və hadisəyə avtodayanacaq üstündə mübahisənin səbəb ola biləcəyini deyir.

Qətli törətməkdə şübhəli bilinən 46 yaşlı Craig Stephen Hicks polisə təslim olub.