Dollar satılmır, alınır

Bakı, 21 fevral

-

MANAT VƏ MANAT ƏTRAFINDA BÜTÜN XƏBƏRLƏR

Azadlıq Radiosunun Bakının Narimanov rayonunda valyutadəyişmə məntəqələrində müşahidə aparan müxbiri xəbər verir ki, bəzi məntəqələrdə ümumiyyətlə dollar satılmır. Yalnız alındığı yazılıb: 1 dollar - 0.79 manat məzənəsi ilə. Məntəqənin qabağında isə başqa bir şəxs dayanıb 0.9 manata dollar aldığını deyir.

Müxbirimiz bu vəziyyətin səbəbini soruşduqda məntəqələrin birində çalışan şəxs deyib ki, "satmağa dollar yoxdu".