Moldovada «Azpetrol» şirkətinin köməyi ilk neft terminalı açılıb

Oktyabrın 26-da Moldovada Dunay çayı üstündə ilk neft terminalı açılıb. Prezident Vladimir Voronin terminalın açılışındakı çıxışında ölkəsinin xaricdən gələn tankerləri qəbul edə biləcəyini deyib.


Azərbaycanın « Azpetrol » şirkətinin köməyi ilə tikilən terminal 38 milyon ABŞ dollarına başa gəlib. Onun 27 milyonunu Azərbaycan şirkəti ödəyib.