Alman yazıçısı Gunter Grass vəfat edib

-

Nobel mükafatı laeruatı, son onilliklərdə Almaniyanın ən çox oxunan yazıçılarından biri Gunter Grass 87 yaşında vəfat edib.

Almaniya mətbuatı onun aprelin 13-də Lyubek şəhərindəki xəstəxanada keçindiyini yazır.

Yazıçı, şair və dramaturq Gunter Gross Nobel mükafatına 1999-cu ildə layiq görülüb.

O solçu baxışını heç vaxt gizlətməyib, sosial-demokratların seçkiqabağı kampaniyasında yaxından iştirak edib, hətta müəyyən dövrdə Sosial Demokrat Partiyasının üzvü də olub. Nobel mükafatı ilə bağlı çıxışında kapitalizmi tənqid edib və sosializm uğrunda mübarizəyə çağırıb.

Yazıçı 2014-cü illərdə digər həmkarlarına qoşularaq Rusiya hakimiyyətindən ölkədə söz azadlığına qoyulan məhdudiyyətləri dayandırmağa çağırıb.

Rusiya hakimiyyətinə ünvanlanan həmin məktuba 4 Nobel mükafatçısı da daxil olmaqla, dünyanın 30 ölkəsindən 217 yazıçının adı var.

Guenter Gross 1927-ci il oktyabrın 16-da Danzig, Polşanın indiki Qdansk şəhərində doğulub.