Lukashenka Gürcüstana gedir

Alyaksandr Lukashenka

Belarus prezidenti Aleksandr Lukashenka aprelin 22-də Gürcüstana 2 günlük rəsmi səfərə gedəcək.

Bu barədə aprelin 20-də Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onun aprelin 23-də gürcüstanlı həmkarı Georgi Margvelashvili ilə təkbətək görüşü olacaq, sonra isə geniş tərkibdə toplantı keçiriləcək.

Lukashenkanın həmçinin səfər zamanı baş nazir İrakli Garibashvili və bütün Gürcüstanın patriarxı-patriarx 2-ci İlya ilə görüşü, həmçinin Gürcüstanın ərazi bütövlüyü uğrundahəlak olanların Tbilisidəki abidəsinə baş çəkməsi nəzərdə tutulur.

Aprelin 24-də isə Lukashenka Batumidə Acarıstan muxtar respublikasının başçısı Archil Khabadze ilə görüşəcək, yerli müəssisələrə baş çəkəcək.

Lukashenka Batumi və Brestin qardaş şəhərlər olması barədə müqavilənin imza mərasimində də iştirak edəcək.