Müxalifət lideri İranı İD-nin “xaç atası” adlandırır

Maryam Rajavi

-

İran müxalifətinin lideri deyir ki, iranlılar öz hökumətlərini İslam Dövləti silahlı qruplaşmasının “xaç atası” adlandırırlar.

Parisdə mənzillənən İran Milli Müqavimət Şurasının prezidenti Maryam Rajavi aprelin 27-də deyib ki, Tehran nüvə silahları ilə islam ekstremizmini gücləndirmək istəyir. Rajavi Vaşinqtonda Nümayəndələr Palatasının altkomitəsinin iclasına videokonfransla qatılıb.

Rajavi xəbərdarlıq edib ki, İrana nüvə danışıqlarında həddən artıq güzəşt edilməsin, deyib ki, bu, ölkə liderlərinin digər millətlərin işinə daha aqressiv şəkildə müdaxiləsinə gətirər.

Birləşmiş Ştatlar və beş dövlət İrandan tələb etməlidir ki, uran zənginləşdirməni tamamilə dayandırsın, nüvə obyektlərini və raket proqramlarını bağlasın.

“Mollaların əlindən bombanı tamamilə alan saziş imzalanmayanadək sanksiyaların heç biri götürülməməlidir,” Rajavi deyib. “Yoxsa rejim həbsdən azad edilmiş hesablarından milyardlar xərcləyib silah, eləcə də Rusiyadan qabaqcıl raketlər alacaq”.