Krım tatarları qadağalara baxmayaraq, deportasiya qurbanlarını anıblar

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukraynanın Rusiyaya ilhaq edilmiş Krım bölgəsində tatarların aksiyası keçirilib. Onlar 1944-cü ildə Krımdan deportasiya olunarkən həyatını itirən minlərlə insanı anıblar. Separatçı hökumətin anım mərasimlərinə mane olmaq cəhdlərinə baxmayaraq. Bununla bağlı Krımda ən uca zirvələrdən birinə - Çatır dağa 4 minə yaxın insan qalxıb.