Real Baku 2015 oyunu yaradılıb

Real Baku 2015

-

Hazırda Azərbaycanda ilk Avropa Oyunları keçirilir. Bu Oyunlar Olimpiadanı xatırladır, onun kiçik versiyasıdır, ancaq elə də kiçik deyil. Bunu destructoid.com saytı yazır.

“Azərbaycan kimi neftlə zəngin, ancaq dünya səhnəsində elə də böyük ad çıxarmamış ölkə üçün bu oyunlar gələcək mövcudluq naminə hər şey deməkdir. Yəqin ki, onlar “Avropanın xaç atası” kimi tanınmaq istəmirlər”.

FIDH insan haqları təşkilatı Azərbaycanda “tənqidi baxışlarına görə həbsə atılmış jurnalistlər, fəallar, vəkillər və digərlərinə dəstək” toplamağa çalışır. Qurum “Let's Play: The Shining” oyunun yaradıcısı Pippin Barr-a müraciət edib. Ölkədəki durum barədə maarifləndirmə üçün “Real Baku 2015” pulsuz oyunu yaradılıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi baxışlarına görə heç kəsin cəzalandırılmadığını, fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.