Prezident 2 deputata orden verdi

İlham Əliyev

Prezident İlham Əliyev deputat Ziyad Səmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O bu mükafata ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görəlayiq görülüb.

Həmçinin Prezidentin digər sərəncamı ilə deputat Hüseynbala Mirələmov “Şöhrət” ordeni ilə təltif edilib

Sərəncamda onun da bu mükafata ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə layiq görüldüyü bildirilir.