Rusiyalı iş adamı Dağlıq Qarabağa köçüb

German Sterligov

Rusiyalı iş adamı German Sterligov Rusiyanı tərk edib və əmlakını satışa qoyub.

Bu barədə iyulun 6-da “Rusiya xəbərlər agentliyi” biznesmenin köməkçisi Polina Sirotaya istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Sterligov iyulun 4-də Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağa gedib, amma bunun səbəbi açıqlanmır.

German Sterligov Rusiyadakı ilk əmtəə birjasının təsisçilərindən biridir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, onun adı millətçilərin birləşdiyi BORN təşkilatına qarşı cinayət işində hallanır və millətçilərin tərəfdarıdır.