Mərkəzi Bank uçot dərəcəsini endirdi

Elman Rüstəmov

Azərbaycanın Mərkəzi Bankı uçot dərəcəsini 3 faizə salıb.

Bankın İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3,5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.

Bankın məlumatına görə, məqsəd qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərini azaltmaqla investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsi və əhaliyə ipoteka kreditlərinin daha optimal şərtlərlə verilməsinə zəmin yaratmaqdır.