Lukashenko fənd işlətməkdə günahlandırılır

Yury Rubtsou

Belarus prezidentinin əfv etdiyi insan haqları fəalı Yury Rubtsou bunu Lukashenkonun növbəti fəndi adlandırıb.

Rubtsou avqustun 23-də doğma Homel şəhərində bildirib ki, Lukaşenko girov götürdüyü insanları azad etməklə növbəti fənd işlədib.

Rubtsou avqustun 22-13-də azad edilmiş 6 siyasi məhbusdan biridir.

Onların arasında prezidentliyə keçmiş namizəd Mikalay Statkevich də var.

Rubtsou əfv olunması barədə əvvəlcədən heç bir məlumatı olmadığını deyir.

O jurnalistlərə bir daha həbsinin siyasi motivli olduğunu və heç vaxt özünü günahkar saymadığını bildirib.

O 2014-cü ilin mayında məcburi əməkdan imtina etdiyinə görə, 2 il azadlıqdan məhrum edilmişdi.

Avropa Birliyi rəsmiləri bu addımı Belarusda insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına doğru atılmış vacib addım adlandırıblar.

Rubtsou və Statkevichlə yanaşı Mikalay Dzyadok, Ihar Olinevich, Yauhen Vaskovich, və Artsyom Prokopenko azadlığa çıxıblar.