Klitschko: "Bir neçə hərbçi ölüb"

Foto arxiv

Ukraynanın daxili işlər nazirliyi Arsen Avakov avqustun 31-də Ali Radanın qarşısında baş verən toqquşmada təhlükəsizlik xidmətinin 90-dan çox əməkdaşının yaralandığını xəbər verir. Məlumatda həmçinin partlayış nəticəsində 1 zabitin ayaqlarını itirdiyi bildirilir.

Ukraynanın Milli Qvardiyası bundan əvvəl partlayışda 4 hərbçisinin ağır yaralandığını xəbər vermişdi.

Kiyev meri Vitaliy Klitschko isə partlayış nəticəsində Milli Qvardiyanın bir neçə əməkdaşının öldüyünü bildirir.

Amma o dəqiq say göstərməyib.

Milli Qvardiyanın mətbuat xidməti bundan əvvəl partlayış nəticəsində həmçinin onlarla aksiyaçının yaralandığını xəbər vermişdi.

BBC-nin müxbiri 3 partlayış səsi eşitdiyini xəbər verir.