Miqrantlar vağzaldan evakuasiya olunub

Foto arxiv

Budapeştin dəmiryol vağzalında Avstriya və Almaniyaya getmək istəyən yüzlərlə miqrant evakuasiya edilib.

Səs qovuşaqları ilə miqrantlara qatar olmadığı bildirilib və onlardan vağzalı tərk etmək xahiş olunub.

Miqrantlar Vyana və Münhenə gedən qatara minmək istəyirmişlər.

Avstriya polisinin məlumatına görə avqustun 31-də Macarıstandan Avstriyanın Vesbanhuf şəhərindəki dəmiryol stansiyasına 3650 qaçqın gəlib.

Ötən ay təkcə Macarıstana azı 50 min miqrant gəlib.

Onlar əsasən Suriya, İraq və Əfqanıstandandır.

Şərqi və cənubi Avropa ölkələrinə gələn qaçqınların əksəriyyəti Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.