İçərisində körpə olan çanta tapılıb

Foto illüstrasiya.

-

Sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı olan çanta tapılıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb. Çantada həm də geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olub.

Körpə 1 saylı Doğum evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.