“Charlie Hebdo” yeni qalmaqalla üzləşə bilər

Charlie Hebdo

Fransada çıxan qalmaqallı satirik “Charlie Hebdo” jurnalı mhkəməyə verilə bilər.

Buna səbəb jurnalın bu yaxınlarda sahildən meyiti tapılan suriyalı qaçqın uşaq Aylan Kurdun karikaturunu çəkməsi olub.

Belə ki, jurnal Parisdəki ofisinə edilmiş silahlı hücumdan 8 ay sonra yenidən qalmaqallı karikaturların nəşrini davam etdirir. Xatırladaq ki, həmin hücum 12 nəfərin ölümü ilə nəticələnmişdi.

3 yaşlı Aylan Suriyadandır və vətəndaş müharibəsinə görə, ailəsi ilə birlikdə qaçarkən qəzaya düşüb və meyiti Türkiyə sahhiilərindən tapılıb.

Bu hadisə Avropada qaçqınlara ictimai dəstəyin artmasına səbəb olduğu halda, jurnal onun ölümünün karikaturlarını çəkib.

Həmin karikaturlardan birində “Qaçqınlar xoş gəlmisiz” sözləri yazılıb.

Bu karikaturlar sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub və Aylanın ölümündən satirik məqsədlər üçün istifadə cinayət , iyrənc və təhqiramiz fakt kimi qarşılanır.

Başqaları isə hesab edir ki, jurnal bununla diqqəti yalnız Qərgbin qaçqın problemi ilə rəftarına, bunun öhtəsindən gələ bilməməsinə yönəldir.

Karikaturu Laurent "Riss" Sourisseau adlı rəssam çəkib.