MeydanTV-nin əməkdaşı yoxa çıxıb

-

Sentyabrın 16-da günorta saatlarında MeydanTV-nin əməkdaşı Şirin Abbasov yoxa çıxıb. Redaksiya jurnalistin yaşadığı evə adam göndərsə də, o, evdə olmayıb. MeydanTV jurnalistin saxlandığını ehtimal edir.

Sentyabrın 3-də Şirin Abbasov Mingəçevir hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmişdi.

Sentyabrın 16-da MeydanTV ilə əməkdaşlıq edən iki xanım jurnalist - Aytac Əhmədova və rəfiqəsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (BMCMİ) aparılmışdı. Onlar dünən saat 21.00 radələrində sərbəst buraxılıb.
Onlara Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar verilib. Televiziyanın rəhbərliyi, Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.