Tolstoy. Hökumət gücünü xalqın cahilliyindən alır

Ukrayna, Krım, 2015

- Böyük rus yazıçısı Lev Tolstoyun "Bütün ailələr eyni cür xoşbəxtdir, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir" sitatından başqa məşhur sitatları

1. Hökumət gücünü xalqın cahilliyindən alır. Bunu bildiyi üçün həmişə maariflənməyə qarşı olacaqdır. Biz də bunu bilməliyik.

2. Hər kəs bəşəriyyəti dəyişdirməyə çalışır. Amma heç də hər kəs özünü necə dəyişdirməli olduğu haqda düşünmür.

3. Qoy hər kəs öz həyətinin qarşısını süpürsün, onda küçə təmiz olacaq.

4. Pislik, bədxahlıq bizim özümüzdədir, yəni o yerdədir ki, ordan onu çıxarıb ata bilərik.

5. Çox qəribə yanılmalardan biri də budur ki, insan heç nə etmədən xoşbəxt ola bilər.

6. İnsan həmişə xoşbəxt ola bilər, ancaq xoşbəxtlik yoxdursa, baxın harada səhvə yol vermisiniz.

7. Dünya onun yolunda cəfa çəkənlərin sayəsində irəli gedir.

8. Güclü insanlar həmişə sadə olurlar.

9. Ən böyük həqiqətlər ən sadə olanlardır.

10. Əsas məsələ çox bilmək yox, bilinməsi mümkün olanlar arasından vacib olanları bilməkdir.

11. Elə bir yaramaz yoxdur ki, hər hansı cəhətdən özündən daha yaramaz birini tapa bilməsin. Bu, onların özlərilə öyünmələri və özlərindən razı qalmaları üçün əsas səbəbdir.

12. Bir çox adamların vicdan təmizliyi ilə öyünməsinin səbəbi onların yaddaşdan zəif olmasıdır.

13. Hamı o kəsə üz tutur ki, o kəs səbr etməyi bacarır.

14. Sevdiyim şeylərin hamısına sahib deyiləm. Amma, sahib olduğum hər şeyi sevirəm.

15. Həmişə elə düşünürük ki, bizi yaxşı olduğumuz üçün sevirlər. Ağlımıza gəlmir ki, bəlkə sevilməyimizin səbəbi – sevənlərin yaxşı adam olmasıdır.

16. Sevgisiz yaşamaq asandır. Hərçənd sevgisiz həyatın anlamı yoxdur.

17. Hər kəs hər gün plan qurur, amma axşamacan yaşayacaqmı, bax bu dəqiq bilinmir.