"Volkswagen"in icraçı direktoru istefa verdi

Foto arxiv

Almaniyanın "Volkswagen” avtomobil konserninin icraçı direktoru Martin Winterkorn sentyabrın 23-də istefa verib.

Buna səbəb ekoloji normanın pozulması ilə bağlı qalmaqal olub.

Yeni direktorun adı sentyabrın 24-də bəlli olacaq.

Amma Winterkorn özünü günahkar saymadığını, onun tərəfindən pozuntu olmadığını və hər şeyi şirkətin maraqları naminə elədiyini deyib.

Məlumatlara görə söhbət daha yaxşı nəticə göstərmək üçün dizel yanacağı ilə işləyən avtomobillərdə xüsusi qurğu quraşdırılmasından gedir.

Almaniya prokurorluğu şirkətə qarşı cinayət işi açıb.