Məkkədə azərbaycanlı zəvvar ölüb

-

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri sentyabrın 24-də qəfil vəfat edib.

APA xəbər verir ki, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.

Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib. Hər iki zəvvar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycanlı zəvvarların vətənə sentyabrın 29-dan etibarən dönəcəkləri gözlənir.

Məkkəyə təxminən 2600 azərbaycanlı zəvvar gedib.