Kerry: "ABŞ-la Moskva razılığa gəlib"

John Kerry və Sergei Lavrov

ABŞ Dövlət katibi John Kerry Birləşmiş Ştatlarla Rusiyanın Suriya ilə bağlı bir sıra fundamental prinsiplərdə razılığa gəldiklrini deyir.

O prezidentlər Barack Obama və Vladimir Putinin görüşündən sonra sentyabrın 29-da yerli televiziyaya müsahibəsində bildirib ki, İslam Dövləti qrupu ilə mübarizə və Suriyada siyasi keçidlə bağlı qərar qəbul edilməlidir.

Amma o qeyd edib ki, Suriya rejiminin əsas tərəfdarı Moskva başa düşməlidir ki, prezident Bashar Assad getmədən Suriyada sülh mümkün deyil.

Kerry həmcinin bildirib ki, sentyabrın 30-da rusiyalı həmkarı Sergei Lavrovla yenidən görüşmək fikrindədir.