Fizika üzrə Nobel mükafatçıları bəlli oldu

Takaaki Kajita və Arthur B McDonald

2015-ci ildə fizika üzrə Nobel mükafatı kanadalı alim Arthur McDonald və yaponiyalı Takaaki Kajitaya verilib.

Bu mükafat onlara neytrino asilyasiyaları ( rəqsləri) sahəsindəki işə görə verilib.

Söhbət 3 növ neytrinoların bir-birinə çevrilməsindən gedir. Bu növlər aselyasiya edəvə uçaraq bir-birinə çevrilə bilir.

Kajita Kosmik şüalar üzrə tətdqiqat institutunun direktoru və Tokio Universitetinin professorudur.

Arthur McDonald İsə Kanadadakı Kingston Krallıq Universitetinin fəxri professorudur.

Mükafatın ümumi məbləği 960 min dollardır.

Dekabrın 10-da Osloda keçiriləcək təqdimat mərasimində onlara diploma və qızıl medal da veriləcək.