MTRŞ sədri uşaq verilişlərindən danışdı

Nushiravan Maharramli

“Azərbaycanda uşaqlar daha çox xarici ölkələrin istehsalı olan cizgi filmlərinə baxır və həmin ruhda tərbiyə alırlar, nəinki milli ruhda. Bu yolverilməzdir. Ona görə də televiziya kanalları öz proqram siyasətlərində dəyişiklik etməli, uşaqlarla bağlı verilişlərin sayını artırmalıdır”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Amma o son vaxtlar bu sahədə müəyyən irəliləyiş olduğunu və hazırda Qubada fəaliyyət göstərən “Günəş TV”-nin yalnız uşaqlarla bağlı filmlər və cizgi filmləri göstərdiyini deyib.
Amma Nüşrəvan Məhərrəmli bildirib ki, ölkədə asyrıca uşaq telekanalının yaradılması çox vacibdir.
O bildirib ki, cizgi filmlərinin çəkilişi və bu sahədəmütəxəssislərin hazırlanması üçün prezidentdən Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılmasını xahiş eləmişik.