Sürüşmədə ölənlərin sayı 90-a çatdı

Foto arxiv

Myanmada nefrit hasilatı mədənində baş verən sürüşmədə ölənlərin sayı 90-a çatıb, 100-ə yaxın adam isə itkin düşüb.

Faciə Myanmanın şimalında yerləşən Kaçin ştatında noyabrın 21-də baş verib.

Yüksək keyfiyyətli nefrit hasil olunan mədən üçün sürüşmə halları xarakterikdir.

Hımçinin onlarla yaşayış evi sürüşmə nəticəsində dağıntıların altında qalıb.