Rusiya Türkiyəyə vizasız rejimi dayandırdı

Foto arxiv

RİA Novosti-nin məlumatına görə bu barədə noyabrın 27-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov məlumat verib.

Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Rusiya bundan əvvəl Qara dənizdə birgə təlimlər də daxil olmaqla Rusiya ilə hərbi əməkdaşlığı da tam dayandırıb.

Buna səbəb Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurması olub.

Moskva deyir ki, Türkiyə yüksək səviyyədə üzr istəməlidir.

Ankara isə deyir ki, sərhədi pozduğuna görə o yox, Rusiya üzr istəməlidir.