Erdogan Putinlə görüşə hazır olduğunu deyir

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan yenidən rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra tərəflər araslnda münasibətlər pisləşib.

Kremlin sözçüsü bundan əvvəl Parisdə keçirilən iqlim konfransı çərçivəsində belə bir görüş olmayacağını bəyan eləmişdi.

Türkiyənin baş naziri Ahmet Davutoglu isə noyabrın 30-da Ankaranın təyyarənin vurulmasına görə üzr istəməyəcəyini bildirmişdi.

NATO tərəfləri sakitliyə çağırıb.

Rusiya buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.