Cavusoglu ilə Lavrov görüşəcək

Sergei Lavrov və Mevlut Cavusoglu

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü gözlənilir.

Sergei Lavrovla Mevlut Cavusoglu dekabrın 3-də ATƏT-in Belqradda keçirilən toplantısı çərçivəsində görüşməlidirlər.

Lavrovun bundan bir gün əvvəl verdiyi məlumata görə, görüşün keçiriləmsini Cavusoglu təkid edib və o bundan imtina eləməyib.

Görüşün baş tutacağını RİA Novosti təsdiqləyib.

Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Suriya ilə sərhəddə Rusiyanın SU-24 təyyarəsini vurması bölgədə vəziyyəti gərginləşdirib.

Rusiya buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib və Türkiyə rəhbərliyini “İslam Dövləti” qrupunun nəzarətində olan ərazilərdən qaçaq neft almaqda ittiham edib.

Türkiyənin baş naziri Ahmet Davutoglu isə bunu böhtan adlandırıb və Rusiyanı keçmiş sovetlər dövrünü xas taktikada günahlandırıb. Davutoglu bildirib ki, son günlər Rusiya mətbuatı və Rusiya rəsmilərinin açıqlamaları mənə soyuq müharibə dövründəki Sovet təbliğat maşınını xatırladır.