"Günəşli" yatağında yanğın olan gün Xəzərin qəzəbi FOTOLAR

Xəzərdə neft platforması

-

Aşağıdakı fotolar Xəzərdə "Günəşli" yatağının 10-cu platformasında yanğın olan gün çəkilib.

"Reuters"-in məlumatına görə, yanğın nəticəsində 32 nəfər ölüb, 42 nəfər isə xilas edilib.

Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yayıb. "Orda çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub".

SOCAR hələlik rəsmi açıqlama verməyib, sadəcə itkin düşənlərin olduğunu bildirib. "Dənizdəki güclü fırtına xilasetmə işlərini daha da çətinləşdirir."

Məlumata görə, yanğına dekabrın 4-də baş verən güclü tufan səbəb olub. Tufanın fotolarını Xəzərdən geoloq Vüqar Qasımov göndərib.

Xəzər

Xəzər

Xəzər

Xəzər