Neftçilərin axtarışı davam edir

-

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən, "Neft Daşları"nın itkin düşən 3 əməkdaşının axtarışları davam edir.

APA informasiya agentliyinin məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib, lakin bu istiqamətdə görülən tədbirlər davam etdirilir.

Dekabrın 4-də 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı 20-dən çox neftçi itkin düşüb, 7 nəfər ölüb. Olayla bağlı cinayət işi açılıb, amma hələ məsuliyyətə cəlb edilən yoxdur.