Fuad Qəhrəmanlı Kürdəxanıya köçürülüb

Fuad Qəhrəmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı barəsində qərardan apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi dekabrın 8-də Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbsq-qətimkan tədbiri seçib.

Odekabrın 8-də dövlət əleyhinə açıq çağırışlar və milli, irqi, sosial vədini nifrət və düşmənçilik salma maddələri ilə həbs edilib.

“Azadlıq” qəzeti qohumlarına istinadla artıq onun Kürdəxanıdakı istintaq təcridxanasına köçürüldüyünü xəbər verir.

Fuad Qəhrəmanlının yaxınları onun siyasi baxışlarına görə saxlandığını deyirlər.

Müsavat Partiyası onun həbsinə etiraz olaraq bəyanat yayıb.

Partiya Fuad Qəhrəmanlı və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.