“Şah İsmayıl” ordeni qızıldan olacaq

Şah İsmayıl

Azərbaycanın Milli Qəhrəmanı nişanı ("Qızıl Ulduz" medalı) və “Şah İsmayıl” ordeninin təsviri və tərkibi dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı müvafiq qanunlara dəyişikliklər edilir.

Düzəlişlərdə bu nişan və ordenin ölçüləri və təsvirlərinin dəyişdirilməsi, həmçinin xalis qızıldan hazırlanması nəzərdə tutulur.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.