Siqaretə görə cərimələr

Foto arxiv

-

Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkməyə görə cərimə tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur.

Yeni Məcəlləyə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat cərimə ediləcəklər.

Həmçinin, yeni Məcəlləyə əsasən müəssisə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlər ayrılması və görünən yerlərdə “siqaret çəkmək qadağandır” işarəsinin olmamasına görə vəzifəli şəxslər 400, hüquqi şəxslər isə 1000 manat cərimə edilir.

Xatırladaq ki, Azərbaycanda ictimai yerlər, habelə digər qapalı yerlər, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyatda siqaret çəkmək qadağandır.

Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin