Putin Trumpu lider adlandırıb

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin milyardçı Donald Trumpun ABŞ prezidentliyinə mübarizədə lider olduğunu bildirib və onun ABŞ-la Rusiya arasında sıx münasibətlərə çağırmasını alqışlayıb.

Putin onun şübhəsiz talantlı və prezidentlik uğrunda mübarizədə əsas favorit olduğunu bildirib.

Putin bunu dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında deyib.

Donald Trump bu ilin sentyabrında bildirib ki, əgər prezident seçilsə Putinlə danışmaq istərdi.