Sabah Bulvarda atraksionlar pulsuz olacaq

Bakı

Dekabrın 28-də Dənizkənarı Parkda fəaliyyət göstərən atraksionlar pulsuz olacaq.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzadlıqRadiosuna bildirib ki, pulsuz atraksionlar 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub: "Atraksionlar səhər saat 09:00-dan günorta saat 13:00-ə qədər pulsuz olacaq".

O əlavə edib ki, Milli Parkda bu cür tədbirlər mütəmadi olaraq keçirilir: "Bu dəfəki aksiya Yeni il bayramı ilə bağlıdır. Məqsədimiz maddi vəziyyəti aşağı olan valideynləri sevindirməkdir".